37 yaşında rekord müəllifi oldu

Slovakiya millisi Avro-2024-ün üçüncü turu çərçivəsində Rumıniya ilə heç-heçə edib - 1:1. 

Newsport.az-məlumatına görə, 24-cü dəqiqədə Dudanın Slovakiyanı hesabda önə keçirdiyi epizodda Yuray Kuça məhsuldar ötürmə müəllifi olmaqla rekorda imza atıb. 

Belə ki, 37 yaşlı futbolçu 14 ildən sonra yenidən böyük turnirlərdə (Dünya və ya Avropa çempionatı) qol ötürməsi verib. Bu isə rekorddur. Kuçkaya qarşı heç bir futbolçu 2 böyük turnir arasında bu qədər uzun zaman kəsiyində məhsuldar ötürmə müəllifi olmayıb. 

Qeyd edək ki, Kuçka daha əvvəl DÇ-2010-da məhsuldar ötürmə müəllifi olub. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right