Ronaldo daha bir ilkə imza atdı

Avro-2024-ün üçüncü turu çərçivəsində Portuqaliya millisi Gürcüstanla üz-üzə gəlir. 

Newsport.az-məlumatına görə, Kriştianu Ronaldo Portuqaliya millisinin start heyətində yer almaqla Avropa çempionatlarında 28-ci oyununa çıxıb. 

Ulduz futbolçunun hesabında dünya çempionatlarında da 22 görüş var.

Bununla da Ronaldo Dünya və Avropa çempionatlarında 50 matçda meydana çıxmış ilk futbolçu kimi tarixə düşüb.

Qeyd edək ki, ilk hissədən sonra Portuqaliya millisi gözlənilmədən Gürcüstana 0:1 hesabı ilə uduzur. Hakimin penalti təyin etməməsindən narazı qalan Ronaldo isə etiraza görə görüşün 22-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right