PSV-nin futbolçusu Yohan Bakayoko karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Newsport.az-məlumatına görə, "Arsenal" belçikalı vingeri transfer etmək istəyir. Bu barədə Niderland mətbuatı məlumat yayıb.
Eyndhoven təmsilçisi 21 yaşlı ön xətt oyunçusu üçün 55-60 milyon avro tələb edir. Futbolçu ilə "Liverpul" və "Çelsi" də maraqlanır.
Qeyd edək ki, PSV Yohan Bakayokonu 2019-cu ildə "Anderlext"in akademiyasından transfer edib. Belçika millisinin üzvü ötən mövsüm "ağ-qırmızılar"ın heyətində meydana çıxdığı 49 rəsmi matçda 14 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.