Foden İngiltərə millisinin düşərgəsini müvəqqəti tərk etdi

 İngiltərə millisinin hücumçusu Filip Foden müvəqqəti olaraq düşərgəni tərk edib.

Newsport.az-məlumatına görə, bu barədə jurnalist Fabrizio Romano sosial şəbəkə hesabında yazıb. 24 yaşlı futbolçu ailə işləri ilə əlaqədar təcili olaraq Böyük Britaniyaya qayıdıb. Qeyd olunur ki, bunu İngiltərə Futbol Assosiasiyası da təsdiqləyib.

İngiltərə millisi dünən Avro-2024-ün üçüncü turunun matçında Sloveniya ilə heç-heçə  (0:0) edib. Komanda 5 xal toplayıb və C qrupunda birinci yer tutaraq pley-offa yüksəlib. 

Avro-2024 iyulun 14-də başa çatacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right