Şahruddin Məhəmmədəliyev “Adana Demirspor”dan ayrıldığını təsdiqlədi

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev çıxış etdiyi “Adana Demirspor”dan ayrıldığını təsdiqləyib.

Newsport.az-məlumatına görə, bu barədə 30 yaşlı qolkiper özünün "İnstaqram" hesabında paylaşım edib. O, Superliqa təmsilçisindən fotosunu paylaşıb və bu sözləri yazıb. “Hər şey üçün təşəkkürlər, Adana”.

Qeyd edək ki, Türkiyə mətbuatı Şahruddinin müqaviləsini birtərəfli qaydada ləğv etdiyini yazmışdı.

Xatırladaq ki, Ş.Məhəmmədəliyev 2023-cü ilin sentyabrından Türkiyə Superliqası təmsilçisində oynayırdı. O, klubun heyətində 25 rəsmi matçda meydana çıxıb, 40 qol buraxıb, 5 oyunda qapısını toxunulmaz saxlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right