Almaniyada təşkil olunan Avro-2024-də bu gün qrup mərhələsinə yekun vurulub
Newsport.az-ın məlumatına görə, E qrupunda Slovakiya Rumıniya ilə 1:1, Ukrayna isə Belçika ilə 0:0 hesablı heç-heçə edib. Bundan sonra yenə bütün komandalar xalı eyni - 4 xal olub. Ancaq əlavə göstəricələrə əsasən, Rumıniya qrup 1-cisi, Belçika qrup 2-cisi, Slovakiya isə ən yaxşı qrupu 3-cü yerdə bitirən 4 komandadan 1-i olaraq pley-offa yüksəlib. Ukrayna isə turnirlə vidalaşıb.
Günün əsas qarşılaşması isə F qrupunda olub. Qardaş ölkə Türkiyə Çexiyanı məğlub edərək qrup ikincisi kimi 1/8 finala adlayıb. Portuqaliya isə qonşu Gürcüstanla qarşılaşıb. Gürcülər bu matçda gözlənilməz qələbə qazanmaqla qrupda üçüncü yeri tutmaqla 1/8 finala yüksəliblər.
Qeyd edək ki, Avro-2024 iyulun 14-də yekunlaşacaq.
Avro-2024, qrup mərhələsi, 3-cü tur
E qrupu
20:00. Slovakiya - Rumıniya - 1:1
Qollar: Duda, 24 (1:0), Marin, 37-pen. (1:1)
Baş hakim: Daniel Siebert (Almaniya)
"Deutşe Bank Park"
20:00. Ukrayna - Belçika - 0:0
Baş hakim: Entoni Teylor (İngiltərə)
"MHP Arena"
N |
Komandalar |
O |
Q |
H |
M |
T-F |
X |
1 |
Rumıniya |
3 |
1 |
1 |
1 |
4-3 |
4 |
2 |
Belçika |
3 |
1 |
1 |
1 |
2-1 |
4 |
3 |
Slovakiya |
3 |
1 |
1 |
1 |
3-3 |
4 |
4 |
Ukrayna |
3 |
1 |
1 |
1 |
2-4 |
4 |
F qrupu
23:00. Çexiya - Türkiyə - 1:2
Qollar: Hakan Çalhanoğlu, 52 (1:0), Tomaş Souçek, 66 (1:1), Cenk Tosun, 90+4
Qırmızı vərəqə: Antonin Barak, 20 (Çexiya)
Baş hakim: İstvan Kovaçs (Rumıniya)
"Volksparkstadion"
23:00. Gürcüstan - Portuqaliya - 2:0
Qollar: Xviça Kvaratsxeliya, 2, Georges Mikautadze, 57-pen
Baş hakim: Sandro Şerer (İsveçrə)
"Veltins Arena"
N |
Komandalar |
O |
Q |
H |
M |
T-F |
X |
1 |
Portuqaliya |
3 |
2 |
0 |
1 |
5-3 |
6 |
2 |
Türkiyə |
3 |
2 |
0 |
1 |
5-5 |
6 |
3 |
Gürcüstan |
3 |
1 |
1 |
1 |
4-4 |
4 |
4 |
Çexiya |
3 |
0 |
1 |
2 |
3-5 |
1 |