UEFA cəzaları açıqladı

UEFA AVRO–2016-nın seçmə mərhələsinin son 2 turunda baş tutan oyunlara əsasən bir neçə federasiyanın cəzalandırılması ilə bağlı qərar qəbul edib.

Newsport.az-ın məlumatına görə, qurumun Nizam-Untuzam Komitəsi 3 oyunda baş verənlərlə bağlı ölçü götürüb. 
 
Vilnüsdə keçirilmiş Litva – İngiltərə oyununa görə ev sahibləri azarkeşlərin düzgün yerləşdirilməməsi və sektorlar arasında qarşıdurma yarandığı üçün, yəni təhlükəsizlik tələblərinə tam cavab verilmədiyinə görə, 30 min avro məbləğində cərimələnib. Qarşıdurmaya ingilis fanatlar səbəbkar olduğundan İngiltərə Futbol Federasiyası da 15 min avro ziyana düşüb.
 
Qlazqoda baş tutan Şotlandiya – Polşa oyununda qonaq komandanın azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etməsi Polşa Futbol Federasiyası 40 min avro bahasına gəlib. Şotlandiya Futbol Federasiyası isə təşkilatçılıqda yol verdiyi nöqsanlara görə 20 min avro cərimələnib.
 
UEFA həmçinin Moldova Futbol Federasiyasını da cəzalandırıb. Tribunalardakı qarışıqlıq, azarkeşlərin fayerlərdən istifadə etməsi və bayraqlarla irqçi hərəkətlərə yol verməsi federasiyanı 15 min avro ziyana salıb. Üstəlik, Moldova millisi növbəti ev oyununda fan-sektordan yararlana bilməyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right