Adı "Qarabağ" və "Sabah"la hallanan forvard Braziliya klubunda

Braziliya millisinin sabiq forvardı Vaqner Lav özünə yeni komanda tapıb.

Newsport.az xəbər verir ki, 40 yaşlı hücumçu "Avai" ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

O, Braziliya çempionatının ikinci divizionunda mübarizə aparan "Avai" ilə bir illik müqavilə imzalayıb.

Əlavə edək ki, Vaqnerin adı bir müddət əvvəl "Sabah" və "Qarabağ"la hallanırdı. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right