"Real"ın kapitanının yeni klubu bilindi

"Real"ın kapitanı Naçonun Madrid klubundan ayrılacağı dəqiqləşib.

Newsport.az-ın məlumatına görə, artıq onun yeni klubu da bəllidir.

Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. O, 34 yaşlı müdafiəçinin Səudiyyə Ərəbistanının "Əl-Qadsiah" klubuna keçəcəyini bildirib. İspaniya millisinin üzvü artıq yeni klubu üçün tibbi müayinədən də keçib.

"Real"dan azad agent kimi ayrılacaq Naço ilə 2 illik müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, 11 yaşından "Real"da olan Naço başqa heç bir klubda çıxış etməyib. O, 2001-ci ildə əsas komandada debüt edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right