Türkiyə millisində ciddi itki

Türkiyə millisi ciddi itki ilə üzləşib.

Newsport.az-ın məlumatına görə, komandanın əsas müdafiəçilərindən olan Abdülkerim Bardakcı Avro-2024-ün 3-cü turunda Çexiyaya qarşı keçiriləcək oyunda meydanda çıxa bilməyəcək.

Buna səbəb onun Portuqaliya ilə ötən axşam keçirilən görüşdə sarı vərəqə almasıdır. Bardakçı ilk oyunda da sarı vərəqə aldığından cəzalı duruma düşüb.

Qeyd edək ki, Çexiya - Türkiyə oyunu iyunun 26-da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right