Gürcüstan millisinin baş məşqçisi heç-heçəni şərh etdi

Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol Avro-2024-ün seçmə mərhələsinin 2-ci turunda Çexiya ilə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib.

Newsport.az-ın məlumatına görə, o deyib: “Çexlər ilk dəqiqədən son dəqiqəyə kimi təzyiq göstərdilər. Bu, bizi təəccübləndirmədi. Güclü rəqiblə qarşılaşdığımızı bilirdik. Onların şansları çoxdur. Amma xoşbəxtlikdən Gürcüstan millisinin əla qapıçısı var. Giorgi Mamardaşvili sadəcə fantastik oynadı! Biz də qalib gələ bilərdik. Lobyanidze sonda şansı əldən verəndə çox üzüldü. Mən ona dedim ki, qol vurmayan yeganə insanlar heç vaxt buna cəhd etməyənlərdir".

Mütəxəssis daha sonra vurğulayıb: Gürcüstan böyük turnirdə qazanılan ilk xaldan həzz alacaq. Gürcüstan xalqı bu nəticəni özünəməxsus şəkildə qeyd edəcək".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right