Türkiyə millisinin və "Real"ın yarımmüdafiəçisi Arda Güler Avro-2024-ün qrup mərhələsinin 2-ci turunun Portuqaliya ilə oyununu buraxa bilər.
Newsport.az-ın məlumatına görə, bu barədə Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella öz açıqlamasında bildirib. O deyib:
“Arda çox yorğundur. Buna görə də onun meydana çıxıb-yatırmayacağına son anda qərar verəcəyik. Ümid edirəm ki, oynayacaq. Təəssüf ki, fiziki cəhətdən 100 faiz deyil”.
Xatırladaq ki, 19 yaşlı Güler ilk turda Gürcüstanla görüşdə ( 3:1 ) qola imza atıb.
Qeyd edək ki, Türkiyə - Portuqaliya oyunu bu gün Dortmunddakı "Siqnal İduna Park" arenasında keçiriləcək. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.