"Real" Toni Kroosa əvəzləyici tapdı

"Real" karyerasını bitirəcəyini açıqlayan Toni Kroosa əvəzləyici tapıb.

Newsport.az-ın məlumatına görə, Madrid təmsilçisi "Yuventus"la müqaviləsi başa çatan Adrien Rabyonu transfer etmək istəyir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

"Real" azad agent statusunda olan 29 yaşlı yarımmüdafiəçi ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Adrien Rabyo 2019-cu ilin yayından "Yuventus"da çıxış edir. Fransa millisinin üzvü ötən mövsüm Turin təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right