Gürcü qapıçı ən yaxşı seçildi

Avro-2024-ün F qrupunun ikinci turu çərçivəsində bu gün Gürcüstan və Çexiya milli komandaları üz-üzə gəlib.

Newsport.az-ın məlumatına görə, qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Matçın ən yaxşı oyunçusu müəyyənləşib. Gürcüstan yığmasının qapıçısı Giorgi Mamardaşvili görüşün ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Giorgi Mamardaşvili Gürcüstan - Çexiya oyununa start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right