"Adana Demirspor"da çıxış edən Şahruddin Məhəmmədəliy komandadan ayrılıb.
Newsport.az-ın məlumatına görə, Azərbaycan milli komandasının üzvü müqaviləsini birtərəfli qaydada ləğv edib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev 2023-cü ilin sentyabr ayında "Qarabağ"dan "Adana Demirspor"a keçmişdi. 30 yaşlı qolkiper Super Liqa təmsilçisinin heyətində 25 rəsmi matçda meydana çıxıb.