"Fənərbaxça" üçün Memfis Depay iddiası

İyun ayının sonunda "Atletiko" ilə müqaviləsi başa çatan Memfis Depay karyerasını Türkiyədə davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, niderlandlı hücumçunu "Fənərbaxça" transfer etmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İstanbul təmsilçisinin baş məşqçisi Joze Mourinyo 30 yaşlı forvardın transferini rəhbərlikdən istəyib. "Fənərbaxça" azad agent statusunda olan təcrübəli oyunçu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Memfis Depay 2023/2024 mövsümünü "Atletiko"da keçirib. Niderland millisinin üzvü Madrid təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right