"Barselona" ispan futbolçu ilə müqavilə imzaladı

İspaniyanın "Barselona" klubunda yeni müqavilə qeydə alınıb.

Newsport.az-ın məlumatına görə, Kataloniya təmsilçisi Mark Kasadonun sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

20 yaşlı dayaq yarımmüdafiəçisi 2028-ci ilin iyun ayının sonuna kimi İspaniya klubuna məxsus olacaq.

Qeyd edək ki, Mark Kasado "Barselona"nın yetirməsidir. İspan futbolçu ötən mövsüm əsas komandanın heyətində 4 rəsmi matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right