"Kristal Pelas"ın futbolçusu Maykl Olise karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.
Newsport.az-ın məlumatına görə, "Bavariya" fransalı vingeri transfer etməyə yaxındır. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Münhen klubu 22 yaşlı futbolçu üçün 59 milyon avro ödəyəcək. Fransa millisinin üzvü "Bavariya" ilə 5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, "Kristal Pelas" Maykl Oliseni 2021-ci ilin yayında "Ridinq"dən transfer edib. Gənc futbolçu bu mövsüm Şimali London təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.