“Marsel”in hücumçusu Pyer-Emerik Obameyanq Fransa çempionatını tərk edərək Səudiyyə Ərəbistanına köçə bilər.
Newsport.az-ın məlumatına görə, qabonlu forvardın transferində “Əl-Şabab” maraqlıdır.
Obameyanq yeni mövsümün başlanğıcı ərəfəsində klubun prioritet hədəflərindən biridir. Yaxın vaxtlarda tərəflərin danışıqlar aparacağı gözlənilir.
35 yaşlı futbolçu ötən mövsüm Fransa çempionatında 34 oyun keçirib, 16 qol (dördü penaltidən) və 8 məhsuldar ötürmə ilə yadda qalıb.