200 milyon avro! Gürcü futbolçu üçün tələb olunan budur

“Napoli”nin prezidenti Aurelio de Laurentis gürcü yarımmüdafiəçi Xviça Kvaratsxeliyanı hansı məbləğə satmağa hazır olduğunu açıqlayıb.

Newsport.az “sports zone”-yə istinadən xəbər verir ki, klub prezidenti komandanın lideri üçün 200 milyon avro istəyir.

PSJ gürcü futbolçunun xidmətində maraqlıdır, lakin parislilər 100 milyon təklif etməyə hazırdırlar.

Kvaratsxeliya 2022-ci ilin yayından “Napoli”də çıxış edir.

23 yaşlı yarımmüdafiəçi ötən mövsüm 45 oyun keçirib, 11 qol vurub və 9 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right