Almaniya millisinin üzvü "Borussiya"da

Almaniyanın "Borussiya" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Newsport.az xəbər verir ki, Dortmund təmsilçisi "Ştutqart"dan Valdemar Antonu rənglərinə bağlayıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Borussiya" alman futbolçu üçün onun klubuna 22 milyon avroluq sərbəstqalma məbləğini ödəyib. "Sarı-qaralar" 27 yaşlı mərkəz müdafiəçisi ilə 4 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, "Ştutqart" Valdemar Antonu 2020-ci ilin yayında "Hannover"dən transfer edib. Almaniya millisinin üzvü ötən mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right