"Beşiktaş" İngiltərə klubuna 15 milyon avroluq təklif göndərdi

Türkiyənin "Beşiktaş" klubu heyətini yeni hücumçu ilə gücləndirməyi planlaşdırır.

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisi "Sauthempton"a məxsus olan Pol Onuaçunu transfer etmək istəyir. Bu barədə DHA məlumat yayıb.

"Qara qartallar" nigeriyalı forvard üçün İngiltərə klubuna 15 milyon avroluq təklif göndərib. "Sauthempton" "Beşiktaş"ın təklifinə cavab verməyib.

Qeyd edək ki, Pol Onuaçu 2023/2024 mövsümünü icarə əsasında "Trabzonspor"da keçirib. 30 yaşlı futbolçu Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 17 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Sauthempton"la müqaviləsi 2026-cı ilin yayına kimidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right