"Liverpul" Almaniya millisinin üzvü ilə maraqlanır

"Bavariya"nın futbolçusu Camal Musiala karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, "Liverpul" Almaniya yığmasının üzvünü transfer etmək istəyir. Bu barədə "Mirror" nəşri məlumat yayıb.

Mersisayd təmsilçisi 21 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün onun klubu ilə danışıqlara başlamağa hazırlaşır. Gənc oyunçu özü Premyer Liqada oynamağa isti yanaşır.

Qeyd edək ki, "Bavariya" Camal Musialanı 2019-cu ilin iyun ayında "Çelsi"nin akademiyasından transfer edib. O, ötən mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 14 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Ön xətt oyunçusu hazırda davam edən Avropa çempionatında 2 oyunda 2 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right