"Beşiktaş" İspaniyadan müdafiəçi gətirir

Yeni mövsüm üçün iddialı heyət qurmağı hədəfləyən "Beşiktaş" müdafiə xəttini gücləndirməyi planlaşdırır.

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisi "Malyorka"da çıxış edən Joze Kopeteni transfer etmək istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Qara qartallar" 24 yaşlı mərkəz müdafiəçisi üçün yaxın günlərdə İspaniya klubuna rəsmi təklif göndərəcək.

Qeyd edək ki, "Malyorda Joze Kopeteni 2022-ci ilin yayında "Ponferradina"dan transfer edib. İspan futbolçu ötən mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin iyun ayına kimidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right