"Çıxardığımız dərs o oldu ki, 60 yox, 90 dəqiqə yüksək səviyyədə oynamalıyıq"

Niderland millisinin baş məşqçisi Ronald Kuman AVRO-2024-ün qrup mərhələsinin 2-ci turunda Fransa ilə oyundan gözləntilərini bölüşüb.

Sportal.az xəbər verir ki, UEFA-ya danışan təcrübəli mütəxəssis bunları deyib:

“Polşa oyunundan çıxardığımız dərs o oldu ki, biz 60 dəqiqə yox, 90 dəqiqə yüksək səviyyədə oynamalıyıq. Həm də səbirli olmalıyıq. Həmişə topu itirsəniz nə baş verə biləcəyini xatırlamaq lazımdır. Son illər Fransa millisi ilə çox oynamışıq. Nə gözləyəcəyimizi bilirik. İstənilən nəticəni əldə etmək üçün çox yaxşı hərəkət etməli olacağıq".

Qeyd edək ki, AVRO-2024-ün D qrupunda Niderland Fransa ilə qarşılaşacaq. Həmin matça 20:00-da start veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right