"Sona qədər özümüzə inandıq" Draqan Stoykoviç

“Biz təslim olmadıq və sona qədər özümüzə inandıq. Çoxlu qol imkanları yarada bildik, lakin əsas vaxtda qol vura bilmədik".

Newsport.az-ın məlumatına görə, bu sözləri Serbiya millisinin baş məşqçisi Draqan Stoykoviç Sloveniyaya qarşı Avro-2024-ün qrup mərhələsinin 2-ci turunun oyunundan sonra mətbuat konfransında deyib.

Serbiya millisi 90+5-ci dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas olub. Stoykoviç 1:1 hesabı ilə başa çatan matçı belə şərh edib: "Dayanmadıq və Sloveniyadan məğlubiyyəti qəbul etmək istəmədik. Sonda bəhrəsini gördük. Yaradılan şanslardan tutmuş qapıya zərbələrə qədər bizim statistikamız daha yaxşıdır. Amma əsas olan hədəflərdir. Bu heç-heçəyə nail olmağımız vacibdir, baxmayaraq ki, bizim ideyamız qalib gəlmək və cəlbedici, hücum futbolu oynamaq olduğunu göstərir”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right