"Bunu düzəltməsək, bugünkü kimi əziyyət çəkəcəyik" Qaret Sautqeyt

“Biz istədiyimiz kimi çıxış etmədik. Topdan kifayət qədər yaxşı istifadə etmirik və qəbul etməliyik ki, bunu düzəltməsək, bugünkü kimi əziyyət çəkəcəyik".

Newsport.az-ın məlumatına görə, bu sözləri İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Danimarkaya qarşı Avro-2024-ün qrup mərhələsinin 2-ci turunun oyunundan sonra mətbuat konfransında deyib.

1:1 hesablı bərabərliyi .şərh edən mütəxəssis qeyd edib: "Bilirik ki, daha yüksək səviyyədə oynamalıyıq. Düşünürəm ki, ötürmələrdə daha aktiv olan komandalara qarşı oynamışıq, amma bunu yaxşı etməliyik, topla inamlı olmalıyıq”.

Trent Alexander-Arnoldu niyə əvəzlədiyi barədə sualı isə Sautqeyt belə cavablandırıb: “Mən Konor Qallageri istəyirdim. Bizə enerji, daha yaxşı pressinq etmək lazım idi. Connor bunu çox yaxşı edir”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right