Albaniyalı hücumçu Avropa çempionatından uzaqlaşdırıla bilər

Rusiyanın “Rubin” klubunun və Albaniya millisinin hücumçusu Mirlind Daku AÇ-2024-dən uzaqlaşdırıla bilər.

Newsport.az “Sport1MK”ya istinadən xəbər verir ki, buna səbəb futbolçunun Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin I turunun Xorvatiya – Albaniya matçından sonra təhqiramiz şüarlar səsləndirməsidir.

Oyun bitdikdən sonra Dakunun ucadan qışqıraraq serblər və makedoniyalılar haqqında ədəbsiz sözlər söylədiyi iddia olunur. Şimali Makedoniya Futbol Federasiyası artıq UEFA-ya rəsmi məktub göndərərək, hücumçunun cəzalandırılmasını tələb edib.

Qeyd edək ki, B qrupunda keçirilən Xorvatiya – Albaniya matçı 2:2 hesabı ilə yekunlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right