Fransalı futbolçu: Van Deykə qarşı oynamaq çətin olacaq

Fransa millisinin müdafiəçisi Vilyam Saliba AVRO-2024-ün qrup mərhələsində Niderlandla keçiriləcək II tur oyunu barədə fikirlərini bölüşüb. Newsport.az xəbər verir ki, o, rəqibin heyətində mərkəz müdafiəçisi Vircil van Deyki fərqləndirib.

Saliba hücumçularının ona qarşı çətin anlar yaşayacağını düşünür: “Fikrimcə, van Deyk indiyə qədər gördüyüm ən yaxşı müdafiəçilərdən biridi. O komandası üçün etalondu. Vircilə qarşı bir neçə dəfə oynamaq mənə qismət olub. Belə müdafiəçiyə qarşı hərəkət etmək çətin olacaq”.

Qeyd edək ki, Fransa ilə Niderland arasında oyun sabah keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right