Modriç Buffonu geridə qoydu

Xorvatiya millisinin futbolçusu Luka Modriç yığmadakı oyun sayına görə İtaliya komandasının sabiq üzvü Canluici Buffonu geridə qoyub.

Newsport.az xəbər verir ki, o, buna  Avro-2024-ün qrup mərhələsinin 2-ci turunda Albaniya ilə görüşdə (2:2) meydana çıxmaqla nail olub. Modriç millidə 177-ci oyununu keçirib.

38 yaşlı hücumameyilli yarımmüdafiəçi nəticədə İtaliya yığmasının sabiq qapıçısı Canluici Buffonu (176) geridə qoyub. Modriç millidəki oyun sayına görə yalnız Serxio Ramos (İspaniya, 180 oyun) və Kriştiano Ronaldodan (Portuqaliya, 208 oyun) geri qalır.

Luka 2006-cı ildən Xorvatiya millisinin üzvüdür.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right