Kurban Berdiyev: “Onları gələcəkdə sata bilərik”

“Turan Tovuz”un baş məşqçisi postuna gətirilməsi gözlənilən Kurban Berdiyev Dağıstan futbolu ilə bağlı maraqlı fikirlər səsləndirib.

Newsport.az xəbər verir ki, tarixində ilk dəfə Rusiya Premyer Liqasına vəsiqə qazanan Mahaçqala “Dinamo”sunun prezidentinin müşaviri olan 71 yaşlı mütəxəssis vilayətin rəhbəri Sergey Melikovla görüşüb.

O, Dağıstanda uşaq futbolunun səviyyəsini yüksək qiymətləndirib: “Dağıstanlılardan güclü oğlanlar görməmişəm. Uzun illərdir futbolun içindəyəm. Dağıstanın hər yerində istedad var. 2010-cu il təvəllüdlü uşaq var ki, gələcəyin ulduzudur. Dağıstanda belə oğlanlar çoxdur. Onları gələcəkdə sata bilərik. Amma 5-7 il gözləməli və üzərlərində işləməliyik. Sonra bizim oğlanların axını davam edəcək. Klub da bu transferlərlə özünü təmin edə bilər”.

Qeyd edək ki, Kurban Berdiyev “Rubin”lə 2 dəfə Rusiya Premyer Liqası və Rusiya Superkubokunu, 1 dəfə isə Rusiya Kubokunu qazanıb. Onun tezliklə “Turan Tovuz”a baş məşqçi təyin olunacağı gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right