Avro-2024-də qrup mərhələsinin 2-ci turu davam edir.
Newsport.az xəbər verir ki, bu gün çempionatda 3 matç baş tutub.
Əvvəlcə C qrupunda Sloveniya Serbiya ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. Serbiya millisi 90+5-ci dəqiqədə bərabərlik qolunu vuraraq məğlubiyyətdən qaçıb.
Eyni qrupda Danimarka İngiltərə ilə qarşılaşıb. Bu görüş də 1:1 hesabı ilə başa çatıb. Bu qrupda 1-ci turda Sloveniya Danimarka ilə heç-heçə edib (1:1), İngiltərə isə Serbiyaya qalib gəlib (1:0).
Günün maraqla gözlənilən matçı B qrupunda keçirilib. Burada İspaniya millisi son Avropa çempionu İtaliya ilə üz-üzə gəlib. Matç ispanların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da pirineylilər xallarının sayını 6-ya çatdırmaqla 1/8 finala vəsiqəni təmin ediblər.
Avro-2024, qrup mərhələsi, 2-ci tur
20 iyun
C qrupu
17:00. Sloveniya - Serbiya - 1:1
Qollar: Zan Karniçnik, 69 (1:0), Luka Yoviç, 90+5 (1:1)
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Münhen, "Alyans Arena".
20:00. Danimarka - İngiltərə - 1:1
Qollar: Keyn,18 (0:1), Hyulmand, 34 (1:1)
Baş hakim: Artur Diaş (Portuqaliya).
Frankfurt, "Valdştadion".
N |
Komandalar |
O |
Q |
H |
M |
T-F |
X |
1 |
İngiltərə |
2 |
1 |
1 |
0 |
2:1 |
4 |
2 |
Danimarka |
2 |
0 |
2 |
0 |
2:2 |
2 |
3 |
Sloveniya |
2 |
0 |
2 |
0 |
2:2 |
2 |
4 |
Serbiya |
2 |
0 |
1 |
1 |
1:2 |
1 |
B qrupu
23:00. İspaniya - İtaliya - 1:0
Qol: Rikkardo Kalafiori, 55-avtoqol
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Helzenkirhen, "Feltins Arena".
N |
Komandalar |
O |
Q |
H |
M |
T-F |
X |
1 |
İspaniya |
2 |
2 |
0 |
0 |
4-0 |
6 |
2 |
İtaliya |
2 |
1 |
0 |
1 |
2-2 |
3 |
3 |
Albaniya |
2 |
0 |
1 |
1 |
3-4 |
1 |
4 |
Xorvatiya |
2 |
0 |
1 |
1 |
2-5 |
1 |