Arda Güler: "Əməyimin qarşılığını aldım"

"Qələbə qazandığımız üçün və qol vurduğuma görə çox xoşbəxtəm. Komandamızı təbrik edirəm. Çox çətin bir oyun keçirdik. Buradakı atmosferi ifadə etmək mümkün deyil. Azarkeşlərimizə təşəkkür edirəm. Onlarla birlikdə daha güclüyük. Məşqçimizə qələbə hədiyyə edə bilmək əladır".

Newsport.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin üzvü Arda Güler Avro-2024-ün qrup mərhələsinin 1-ci turunda Gürcüstana qalib gəldikləri matçdan (3:1) sonra deyib. 

 

 

Görüşün ən yaxşı oyunçusu seçilən 19 yaşlı yarımmüdafiəçi vurduğu baxımlı qoldan da danışıb: 

"Bütün türkiyəli gənc futbolçuların xəyalı Avropa çempionatında oynamaq və qol vurmaqdır. Mən də bunu bacardığım üçün çox xoşbəxtəm. Bu qolun xəyalını qurmuşdum. Belə qollar vurmaq üçün məşqlərdən sonra da çox çalışıram. Əməyimin qarşılığını aldım. Ümid edirəm ki, belə qollar vurmağa davam edəcəyəm və bütün xalqımızı sevindirəcəyəm".

Qeyd edək ki, Arda Güler sözügedən matçda fərqlənməklə Kriştiano Ronaldonun rekordunu qırıb. ​​O, Avropa çempionatları tarixində debüt oyununda qol vuran ən gənc futbolçu olub (19 yaş 114 gün). 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right