"Bu qələbə həyatımın ən yaxşı ad günü hədiyyəsi oldu” - Montella

"Çox xoşbəxtik. Çoxlu təsadüflərin bir araya gəldiyi bir gün oldu. Bayram, mənim ad günüm... Qələbə etdiyimiz fədakarlıqların mükafatı idi. İndi xoşbəxtik, amma sabahdan növbəti matça hazırlaşacağıq”.

Newsport.az-ın məlumatına görə, bu sözləri Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella Avro-2024-ün qrup mərhələsinin ilk turunda Gürcüstana qalib gəldikləri (3:1) oyundan sonra mətbuat konfransında deyib. 

O, qələbəni belə şərh edib: “Mən ilk növbədə bu qələbəni türk millətinə həsr edirəm. Daha sonra bu qələbəni Enes və Ozana hədiyyə etmək istərdim. Onlar ağır zədələrə görə evdə qalmalı olublar. Azarkeşlərin dəstəyi bizi daha da gücləndirir. Xahiş edirəm, belə davam edin. İlk 30 dəqiqə sürətli oynadıq. Qol da vurduq. Ferdi topu ötürdü və Mert işi bitirdi. İki müdafiəçimizlə qol vurduq. Arda və Keremin qolları da möhtəşəm oldu... Çox xoşbəxtik. Bu qələbə həyatımın ən yaxşı ad günü hədiyyəsi oldu”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right