"Atletiko" Morataya əvəzləyici tapdı

"Atletiko" komandadan ayrılacağı gözlənilən Alvaro Morataya əvəzləyici tapıb.

Newsport.az-ın məlumatına görə, Maksimilian Beyeri transfer etmək istəyir. Bu barədə "Tutto Mercato" nəşri məlumat yayıb.

Madrid təmsilçisi hazırda Almaniya yığması ilə Avro-2024-də iştirak edən forvard üçün turnir bitdikdən sonra rəsmi təklif göndərəcək.

Qeyd edək ki, Maksimilian Beyer son mövsümdə "Hoffenhaym"ın heyətində meydana çıxdığı 35 rəsmi matçda 16 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right