Millinin futbolçusu üçün Avropa çempionatı erkən bitdi

Serbiya milli komandasının heyətində ciddi itki baş verib.

Newsport.az-ın məlumatına görə, Filip Kostiç sıradan çıxıb. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

31 yaşlı vinger Avro-2024-ün qrup mərhələsinin ilk turunun İngiltərə ilə matçında (0:1) ayağından zədə alıb. "Yuventus"un futbolçusu Avropa çempionatının qalan oyunlarında iştirak etməyəcək.

Qeyd edək ki, Serbiya yığması qrupda İngiltərə ilə yanaşı Sloveniya və Danimarka ilə mübarizə aparır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right