"Beşiktaş" La Liqadan hücumçu transfer edir

Türkiyənin "Beşiktaş" klubu yeni mövsüm üçün hücum xəttini gücləndirməyi planlaşdırır.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi "Real Sosyedad"da çıxış edən Şeraldo Bekeri transfer etmək istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Qara qartallar" 29 yaşlı forvard üçün İspaniya klubuna rəsmi təklif göndərib.

Qeyd edək ki, "Real Sosyedad" Şeraldo Bekeri bu ilin yanvar ayında "Union Berlin"dən transfer edib. Surinam millisinin üzvü La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right