Xorvatiyalı futbolçu üçün Avro-2024 erkən başa çatdı

Xorvatiya milli komandasının heyətində ciddi itki baş verib.

Newsport.az-ın məlumatına görə, "damalılar"ın futbolçusu Nikola Vlaşiç sıradan çıxıb. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

"Torino"nun vingeri zədələnib. 26 yaşlı on xətt oyunçusu üçün Avro-2024 erkən başa çatıb.

Qeyd edək ki, Xorvatiya millisi Avropa çempionatında keçirdiyi ilk oyunda İspaniya yığmasına 0:3 hesabı ilə məğlub olub. Onların qrupda digər rəqibləri İtaliya və Albaniya seçmələridir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right