"Barselona" bu futbolçunu sabiq komandasına satacaq

"Barselona" futbolçulardan birini satmağa hazırlaşır.

Newsport.az-ın məlumatına görə, Kataloniya klubu Oriol Romeunu "Jirona"ya satacaq.

Kataloniyanın digər təmsilçisi Romeu üçün "Barsa"ya 4 milyon avro ödəməyə hazırdır.

Çempionlar Liqasında İspaniyanı təmsil edəcək "Jirona" artıq danışıqlara başlayıb. 

32 yaşlı yarımmüdafiəçinin hazırkı komandası ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. 

O, 2023-cü ildə "Jirona"dan "Barsa"ya keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right