Kvaratsxeliya atasının Azərbaycan millisində oynamasını xatırladı: "Messi və Ronaldodan güclü idi"

“Napoli”nin və Gürcüstan millisinin vingeri Xviça Kvaratsxeliya vaxtilə “Şəmkir”, “Kəpəz” və Azərbaycan millisində çıxış etmiş atası Badri Kvaratsxeliyadan yazıb.

Newsport.az-ın məlumatına görə, “theplayerstribune”dakı bloqunda Xviça millimizdə oynamış Badri haqda bunları qeyd edib:

"Napoli”yə keçidim tamamilə Badri ilə bağlı idi. O, mənim atamdır. Kumirlərim Maradona və atam idi. O, Azərbaycan millisində çıxış edib. Mən uşaq olanda həmişə onun oynadığı videolara baxırdım və mənim üçün o, dünyanın ən yaxşı oyunçusu idi. Kimsə mənə Messi və ya Ronaldo haqqında danışanda, deyirdim ki, atam hamısından güclüdür, onun oynadığı videoları hamıya göstərməyə çalışırdım. Atamın yutubda videoları çox deyil. Amma DVD-si məndədir. Bunu mənə həmişə anam göstərirdi. Atam cərimə zərbələri zaman çox güclü zərbələr endirirdi. O qədər təsirlənmişdim ki, dostlarımı evimizə dəvət etdim ki, gəlib baxsınlar".

Qeyd edək ki, Badri Kvaratsxeliya "Şkuri", "Dinamo"(Tbilisi), "Kaxeti", "Metalurqi", "Merani"də oynadıqdan sonra 19970c idlə "Kəpəz"ə keçmiş, ardınca isə "Şəmkir"lə anlaşmışdı. O, 2000-ci ildə Azərbaycan yığmasında üç oyun keçirmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right