Sergey Rebrov: "Bu, hamı üçün gözlənilməz oldu"

“Düşünürəm ki, bu, hamı üçün gözlənilməz oldu. Bu, Avropa çempionatıdır. Mən həmişə deyirəm: Avropa çempionatında nəyəsə nail olmaq istəyiriksə, hər bir oyunçu maksimumunu göstərməlidir. Təəssüf ki, belə olmadı, amma bu, ilk oyundur. Növbəti oyuna daha ciddi və hərtərəfli hazırlaşacağıq".

Newsport.az-ın məlumatına görə, bu sözləri Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov Avro-2024-ün qrup mərhələsinin 1-ci turunda Rumıniyaya 0:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.

"Buraxılan qola qədər isə ilk dəqiqələrdə oyuna nəzarət edirdik. Amma bizim səhvlərimiz var və bu, Rumıniyaya qarşı görüşdə baş verdi. Düşünürəm ki, hücumda kifayət qədər aqressiv olmadıq və şans yaratmadıq.

Oyundan əvvəl futbolçulara dedim ki, biz ukraynalıların ruhunu göstərməliyik. Təəssüf ki, nəticə belədir. Əminəm ki, növbəti oyun üçün əhval-ruhiyyə fərqli olacaq” - deyə o bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right