Türkiyə Birinci Liqası: Ən dəyərli azərbaycanlı futbolçunun adı bəlli oldu

Almaniyanın tanınmış “Transfermarkt” portalı Türkiyə Birinci Liqasında çıxış edən azərbaycanlı futbolçuların transfer dəyərini yeniləyib.

Newsport.az-ın məlumatına görə, hazırda Birinci Liqanın ən dəyərli azərbaycanlı futbolçusu millimizin və “Kocaelispor”un hücumçusu Ramil Şeydayevdir.

Onun hazırkı qiyməti 1 milyon avrodur (təxminən 1,82 milyon manat). Ancaq onun transfer dəyərində 200 min avro azalma müşahidə edilib.

Millimizin digər üzvü, "Ümraniyespor"un yarımmüdafiəçisi Coşqun Diniyevin transfer qiyməti isə dəyişməz qalıb və 650 min avro kimi (təxminən 1,18 milyon manat) qiymətləndirilir. “Boluspor”un hücumçusu Vüsal İsgəndərli və “Manisa”nın müdafiəçi Sərtan Taşkının dəyəri isə 250 min avrodur (təxminən 455 min manat).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right