"Aston Villa" "Çelsi"nin futbolçusu ilə maraqlanır

"Çelsi"nin futbolçusu İan Maatsen karyerasını İngiltərənin başqa klubunda davam etdirə bilər.

Newsport.az xəbər verir ki, "Aston Villa" 22 yaşlı sol cinah müdafiəçisini transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Birmingem təmsilçisini gənc oyunçu üçün onun klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, İan Maatsen 2023/2024 mövsümünün ikinci yarısını icarə əsasında Dortmund "Borussiya"sında keçirib. Niderland millisinin üzvü Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right