"Tottenhem"in yarımmüdafiəçisi "Qalatasaray"a keçir

Türkiyənin "Qalatasaray" klubu yeni mövsüm üçün ilk transferini yekunlaşdırmaq üzrədir.

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisi "Tottenhem"də çıxış edən Pyer-Emil Heyberqi rənglərinə bağlamağa yaxındır. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Sarı-qırmızılar" 29 yaşlı dayaq yarımmüdafiəçisi ilə şəxsi şərtləri razılaşdırıb. Klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, "Tottenhem" Pyer-Emil Heyberqi 2020-ci ilin yayında "Sauthempton"dan transfer edib. Danimarka millisinin üzvü ötən mövsüm London təmsilçisinin heyətində 40 rəsmi matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right