Baş məşqçisindən Ronaldoya qadağa

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines kapitan Kriştiano Ronaldoya qadağa qoyub.

Newsport.az-ın məlumatına görə, ispaniyalı çalışdırıcı 39 yaşlı hücumçuya ən yaxın olan insanlara milli ilə eyni oteldə yaşamağa icazə verməyib

Kriştianonun yaxın dostları həmişə komanda ilə birgə olub. Martines isə bu ənənənin davam etdirlməməsini istəyib. O, futbolçuların və xüsusilə Ronaldonun konsentrasiyasını artırmaq üçün belə qərar verib. Komanda forvardın bu şərtlərə razılaşmasını yüksək qiymətləndirib.

Qeyd edək ki, Portuqaliya millisi turnirdə ilk oyununu iyunun 18-də Çexiyaya qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right