“Müharibə Ukrayna millisinə əlavə ruh verir” Rebrov

“Ölkəmizdəki müharibə futbolçularımıza əlavə ruh verir”. 

Newsport.az-ın məlumatına görə, bu sözləri Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov deyib.

Bu gün Ukrayna Avro-2024-də mübarizəyə qoşulur. E qrupunda yarışan komandanın ilk rəqibi Rumıniya millisidir.

Matçla bağlı təşkil edilən mətbuat konfransında S.Rebrov daha sonra deyib: “Əgər biz bura Ukraynanın ruhunu göstərmək üçün gəlmişiksə,  bu, çox vacibdir. Bu turnir doğrudan da ölkəmizin ruhu ilə bağlıdır”.

Rebrov bildirib ki, Rumıniya son vaxtlar uğur qazanıb: “Onların çox yaxşı gənc futbolçuları var. Rəqibimiz nəyin necə olduğunu yaxşı başa düşən komandadır. Onların çox sürətli ifaçıları var. Hansılar ki, komandanı Avro-2024-ə gətiriblər”.

Sergey Rebrov Ukraynanın bu səviyyədə yarışda çıxış etməsinin nə qədər vacib olduğunu da vurğulayıb: “Ölkəmizdə futbol indi birinci yerdə deyil. Amma bu cür turnir bütün oyunçularımız üçün böyük zövqdür. Baxmayaraq ki, indi bizim hamımız üçün çətin vaxtdır”.

Xatırladaq ki, Rumıniya - Ukrayna matçı bu gün Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right