"Neftçi"dən ayrılan futbolçu "Şamaxı"da Rəsmi

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqaya vəsiqə qazanan bölgə təmsilçisi Rüfət Abbasovu heyətinə cəlb edib.

Azərbaycan U-21 millisinin üzvü olan 19 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Rüfət Abbasovun son klubu "Neftçi" olub.

Qeyd edək ki, "Şamaxı" bu yay Adil Nağıyev, Rafael Məhərrəmli və İlkin Muradovu da transfer edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right