Sautqeyt: "Serbiya ilə oyunda çətinlik çəkdik"

İngiltərə millisi Avro-2024-də keçirdiyi ilk oyunda Serbiya seçməsini 1:0 hesabı ilə məğlub edib.

Newsport.az-ın məlumatına görə, yığmanın baş məşqçisi Qaret Sautqeyt matçdan sonra açıqlama verib. İngilis mütəxəssis çətinlik çəkdiklərini bildirib:

"Serbiya millisi çox güclü komandadır. Bir az çətinlik çəkdik. Bu, bizim üçün yaxşı idi. Təzyiq altında olarkən qapımızı müdafiə edə bildik. Birinci hissədəki oyunumuzdan məmnun qaldım. İkinci yarıda topu özümüzdə saxlaya bilmədik. Amma qələbə qazanmaq və turnirə yaxşı başlamaq vacibdir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right