"Barselona"dan 30 milyon avro tələb edirlər

"Barselona" ötən mövsüm icarə əsasında heyətində qatdığı Joao Kanselonu komandada saxlamaq istəyir.

Newsport.az-ın məlumatına görə, Kataloniya təmsilçisi portuqaliyalı sağ cinah müdafiəçisi üçün onun klubu "Mançester Siti" iklə danışıqlara başlayıb.

İngilislər 30 yaşlı futbolçu üçün 30 milyon avro tələb edir. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. 

Qeyd edək ki, Joao Kanselo 2023/2024 mövsümünü "Barselona"da keçirib. Portuqaliya millisinin üzvü La Liqa nəhənginin heyətində meydana çıxdığı 42 rəsmi matçda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right