Harri Keyn: "Tarix yazmaq istəyirik"

İngiltərə milli komandası Avro-2024-ün qrup mərhələsinin ilk tutu çərçivəsində Serbiyanı 1:0 hesabı ilə məğlub edib.

Newsport.az-ın məlumatına görə, ingilislərin kapitanı Harri keyn matçdan sonra açıqlamalar verib. "Bavariya"nın hücumçusu ilk dəfə Avropa çempionu olmaq istədiklərini bildirib:

"Daha öncə keçirilən turnirlərdə sərgilədiyimiz performansa görə favorit olmağa layiq olduğumuzu düşünürəm. Amma eyni zamanda Avropa çempionu olmamışıq. Buna görə də tarix yazmaq istəyirik. Bu hədəfə çatmaq üçün önümüzdə uzun və çətin bir yol olduğunu bilirik. Son üç böyük turnirdə 1/4 final, yarımfinal və final oynamışıq. Bu dəfə sona qədər gedib kuboku qazanacağımıza ümid edirəm".

Qeyd edək ki, İngiltərə seçməsi Avro-2024-ün C qrupunda Serbiya ilə yanaşı, Danimarka və Sloveniya komandaları ilə mübarizə aparır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right